2020-10-22 12:02:42
Duzlu qidalara meyliniz artıbsa... 6 TƏHLÜKƏLİ SƏBƏB
Mütəxəssislərin müşahidələrinə görə, orqanizm bununla siqnal verir ki, orqanizmdə hər hansı problem var.
Əgər siz hamilə qadın deyilsinizsə, lakin daim duzlu qidaları, şorabaları yemək istəyirsinizsə, bu orqanizmdə aşağıdakı pozulmalara işarə edə bilər:
- Hipotoniya (aşağı təzyiq)
- Sistit (sidik kisəsinin iltihabı)
- Prostatit (kişilərdə prostat vəzinin iltihabı)
- Qadınlarda yumurtalıqların iltihabı
- İmmun sisteminin müxtəlif səbəblərə görə zəiflənməsi
- Zob xəstəlikləri (məsələn, hipertireoz)