Tibb elmləri namizədi travmatoloq-ortoped Ramin Rzayev 1996-cı ildə Azərbaycan Dovlət Tibb Universitetinin “müalicə profilaktikası” fakültəsinə daxil olmuşdur. 2001-ci ildən etibarən təhsilini Rusiya Federasiyası akademik İ.P. Pavlov adina Sankt-Peterburq Dövlət Tibb Universitetində davam etdirərək həmin universiteti 2003-cü ildə fərqlənmə ilə bitirmişdir.
2003-2004-cü illərdə Sankt-Peterburq Diplomdan sonrakı Təhsil üzrə Tibb Akademiyasının prof. İ.İ. Djanelidze adına Sankt-Peterburq Təcili Yardım Elmi Tədqiqat institutu nəzdində olan “zədələnmələrin cərrahiyyəsi - politravma” kafedrasında ümumi cərrahiyyə üzrə internaturanı bitirib.
2004-2006-cı illərdə Sankt-Peterburq Diplomdan sonrakı Təhsil üzrə Tibb Akademiyasının Rusiya Federasiyası R.R. Vreden adına Travmatologiya-Ortopediya Elmi Tədqiqat institutu nəzdində olan “travmatologiya-ortopediya” kafedrasında təhsilini davam etdirərək travmatoloq-ortoped cərrah ixtisasına yiyələnib.
2004-2010-cü illərdə praktik faliyyətini ixtisasına uyğun Rusiya Federasiyası R.R. Vreden adına Travmatologiya-Ortopediya Elmi Tədqiqat və prof. İ.İ. Djanelidze adına Sankt-Peterburq Təcili Yardım Elmi Tədqiqat institutlarnda travmatoloq-ortoped vəzifəzində davam etdirib. Adı çəkilən elmi tədqiqat institutlarnda praktik fəaliyyəti ilə yanaşı elmi işinə 2005-cı ildə başlayıb. Dayaq-hərəkət sisteminin mürəkkəb quruluşa malik ən vacib şöbələrindən biri olan “çanağın – onun həlqəsinin tamlığının (stabilliyinin) pozulması ilə müşaiyət olunan müştərək zədələnmələrinin cərrahi müalicəsi” üzrə tibb elmləri namizədliyini 2010-cu ildə müdafiə edib.
2009-cu ildə Russiya Federasiyası R.R. Vreden adına Travmatologiya-Ortopediya Elmi Tədqiqat institutunda “oynaqların və sümüklərin endoprotezləşdirilməsi” kursunu keçərək ayrıca oynaqların, uzun borulu sümüklərin endoprotezləşdirilməsi üzrə diplomuna yiyələnib.