2003-2009-cu illərdə Azərbaycan Tibb Universitetində ali təhsilini tamamlamışdır. 2009-2010-cu illərdə Sumqayıt Şəhər Ruhi-Əsəb Dispanserinde Həkim Psixiatr ixtisasını əldə etmişdir. 2011-2015-ci illərdə Türkiyənin İzmir şəhəri, Ege Universiteti Tibb Fakültəsi Dəri ve Zöhrəvi Xəstəlikləri kafedrasında rezidentura keçərək Dermatoveneroloq ixtisasına yiyələnmişdir. 2017-ci idlə Avstraliyanın Sidney şəhərində yerləşən St.George Hospitalında təkmilləşmişdir.
Dəfələrlə Türkiyədə, Avropada, Kanadada ve ABŞ-da təşkil olunan beynəlxalq konfranslarda, elmi seminarlarda ve kurslarda iştirak etmişdir. Amerikada, Avropada və Türkiyədə təşkil olunan elmi konfranslarda məruzələrlə çıxış etmişdir. Elmi məqalələri Avropanın ve Türkiyənin nüfuzlu jurnallarında dərc edilmişdir. Türkiyənin, Avropanın və ABŞ-ın dermatovenerologiya cəmiyyətlərinin təqaüdləri ilə təltif edilmişdir. Türkiyənin, Avropanın və ABŞ-ın dermatovenerologiya cəmiyyətlərinin üzvüdür. İngilis, Rus ve Türk dillərində sərbəst danışır.