Neyrocərrah
İş stajı - 14 il
Təhsil
- 2004-cü ildə Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirmişdir. Təhsil zamanı "Topçubaşov" adına təqaüdə layıq görülüb.
- 2004-2006-cı illərdə Neyrocərrahiyyə kafedrasında klinik-ordinatura kursunu keçməklə təhsilini davam etdirib.
- 2008-ci ildə Türkiyə Respublikasının Ege Universitetində beyin cərrahiyyəsi kafedrasında təhsilini davam etdirib.
İştirak etdiyi kurslar, konfranslar və s.:
- Müxtəlif illərdə dəfələrlə ölkə xaricində keçirilən çoxsaylı kurslar və elmi konfranslarda iştirak edərək elmi və praktik yeniliklərə yiyələnmişdir.
Elmi fəaliyyət:
- 2010-2015-ci illər ərzində "Onurğa kanalının degenerativ stenozlarının klinika, diaqnostika və cərrahi müalicəsi" mövzusunda dissertasiya işini tamamlayaraq "Tibb üzrə fəlsəfə doktoru" elmi dərəcəsini almışdır.
Bir çox elmi məqalələrinin müəllifidir.
Çalışdığı tibb müəssisələri:
- 2004-2011-ci illər - Respublika Neyrocərrahlıq Xəstəxanası.
- 2012-2013-cü illər - Mərkəzi Dənizçilər Xəstəxanası.
- 2014-cü ildən bu günə kimi Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikasında çalışır.
- Hal hazırda Bakı Sağlamlıq Mərkəzində çalışır.
İxtisaslaşdığı tibbi sahə:
- Skolioz
- Kifoz
- Onurğa sütununun müxtəlif nahiyyələrində təsadüf olunan disk yırtıqları (boyun, döş, bel)
- Onurğa sütununun travmaları
- Onurğa sütununda təsadüf olunan şişlər
- Fəqərə sürüşmələri
- Osteoporoz və bununla əlaqədar meydana çıxan sınıqlar
- Onurğa sütununun iltihabi xəstəlikləri
- Anadangəlmə onurğa sütunu xəstəlikləri (gərgin onurğa beyin sindromu, diastotematomieliya, lipomeninqosele və s.)
- Karpal tunel sindromu
- Kubital tunel sindromu
- Baş beynin şişləri
- Baş beynin travmatik zədələnmələri
- Hematomalar
- Baş beynin iltihabi xəstəlikləri (abseslər)
- Hidrosefaliya
- Baş beynin anadangəlmə yırtıqları
- Kraniostenoz
- və digər neyrocərrahi xəstəliklər